Global Rally 2018: Forever Öz Evində

Aprel ayında keçirilməsinə baxmayaraq, bəziləri Global Rally-nin Forever işində hər ilin epik sonluğu hesab edə bilərlər. Chairman's Bonus çeklərində milyonlarca dollarların paylanmasından yeni məhsulların və ən öndə olan ölkələrin təqdimatına qədər baş tutan Global Rally-dəki bu macəra hər bir FBO-nun şəxsi səyahətinin möhtəşəm finalı və Foreverdə növbəti ildə qazanacağı uğurudur.


2018-ci ildə işimizin 40 ili tamam olur və bunu qeyd etmək üçün evimizə gəlirik!

22-30 Aprel 2018-ci il tarixlərində Global Rally-ə haqq qazananlar Dallas, Texas və Forever ailəsi üçün xüsusi bir məkana çevrilən cəzbedici mərkəzləri təcrübə etmə imkanı əldə etmiş olacaqlar. Aloe Vera of America-nın vətəni və üç Aloe plantasiyasından biri olan Texas nəinki 40 illik yubileyi qeyd etmək üçün mükəmməl məkandır, hətta Foreverin ilk yaranma tarixinə geri qayıtmaq üçün qədim bir ərazidir. 
 


Foreverlə Öz Evində

Dallas, Texasda yerləşən Aloe Vera of America bütün dünyadakı Aloe Vera fəaliyyətimizin istehsal təməlidir. Buradan biz Texas və Dominikan Respublikasında yerləşən plantasiyalara və hər il 8 milyon galondan artıq Aloe Vera və Aloe Veradan hazırlanmış bir çox uğurlu məhsullar istehsal edən Mission, Texasdakı emal təsislərinə nəzarət edirik.  



Gələn il Global Rally-yə haqq qazanmaq üçün nə gözləyirsiniz? Global Rally 2018-də iştirak etmək yalnız ABŞ-dakı Foreverin daxili fəaliyyətini görmək üçün bir şans deyildir, qlobal biznesinizi genişləndirmək, Foreverin şaquli inteqrasiyasının əsas tərərfi haqqında ətraflı məlumat əldə etmək üçün bir fürsət və Foreveri dünyada ən böyük fürsətə çevirən o zövqü hiss etmə imkanıdır.

Forever təsisində çalışmağın necə bir iş olduğunu və ya Aloe Vera bitkisinin sevdiyimiz Aloe Vera Gel şirəsinə çevrilmə prosesini izləməyin bəxş etdiyi o hissi bilmək istərdinizmi? Global Rally 2018 bu və daha çoxunu təcrübədən keçirmək üçün bir fürsətdir!

Foreverlə əlaqə yaratmaq üçün başqa imkan axtarırsınız? Forever Rezortları Birləşmiş Ştatların bütün ərazisində 40-dan çox unikal yaşayış, istirahət və əyləncə məkanlarına sahibdir və onları idarə edir. Ancaq, Southfork Ranch bizim seçdiklərimizdən biridir.! CBS-TV serialı "Dallas" orada çəkildiyinə görə onu "Dünyanın Ən Məşhur Rançosu" adlandırırlar. Haqq qazanan FBO-lar tədbir müddətində bu həyəcanverici və tarixi Forever mülkünü kəşf etmə imkanı əldə edəcəklər.
 


Dallas Haqqında Daha Çox

Dallasın Texas ştatında gediləcək ilk məkan olduğunu bilirdiniz? 12000-dən çox  restoran və 4.6 milyon əhaliyə sahib bu inkişaf edən şəhər şərq cazibəsini, müasir və kovboy mədəniyyətinin unikal qarışığını və çox sayda görməli məkanları özündə birləşdirir.

Bir-birindən 19 kvartal məsafədə yerləşən bir çox müzeylərə baş çəkin, kütləvi idman arenalarını kəşf edin, səhər gəzintisi üçün Texas At Parkına səfər edin və ya Reunion Tower GeO-Dec-ə baş çəkməklə şəhərin nəfəs kəsən mənzərəsindən həzz alın

Növbəti il "sizi evinizdə qarşılamağı" səbirsizliklə gözləyirik!