FOREVERİN HƏYAT MƏNBƏYİ

Aloe Barbadensis Miller. Tələffüzü çətin bir söz olmasına baxmayaraq, haqqında məlumat almağa dəyər! Quraq ərazilər daxil olmaqla dünyanın hər yerində təxminən 400 növ Aloe bitkisi vardır. Hər biri öz faydasına görə seçilir, lakin Aloe Barbadensis Miller min illərlə möcüzəvi rahatladıcı qabiliyyətinə görə tanınır və istifadə olunur.
DAHA ÇOX KƏŞF EDİN

ALOE VERA

Forever Aloe Vera Dominikan Respublikası və Texasdakı tarlalarımızda yetişdirilir. Forever Aloe xüsusi qulluq göstərməklə yetişdirilir və mümkün qədər ən yüksək keyfiyyətə malik bitki ilə təmin etmək üçün becərilir. Aloe bitkisinin yarpağında olan gel sağlamlığa faydalarına görə təbiətin bizə bəxş etdiyi ən gözəl hədiyyə hesab edilir. Aloeni mümkün qədər ən münasib iqlim və şəraitdə qayğı ilə becərməklə, siz ən yaxşı məhsulu əldə etmiş olursunuz. Bitkidən məhsula, məhsuldan sizə!

FERMALARA SƏYAHƏT

DOMINIKAN RESPUBLIKASI

Valehedici təbiətə malik Dominikan Respublikasında yerləşən Forever-in 6500 ar-lıq (1 ar = 0.4 ha) Aloe plantasiyasını kəşf edin – dünyanın ən böyük plantasiyası! Torpağın mükəmməl balansı, ideal temperatur və düzgün miqdarda yağıntı Aloe bitkisinin keyfiyyətini artırır. Dominikan Respublikasındakı plantasiyamızda 30 miliyondan çox bitki vardır və həftədə 1 milyona yaxın Aloe yığılır!

YERLİ ƏHALİ İLƏ TANIŞ OLUN

YERLİ FERMERLƏR

Foreverdə biz hər zaman məhsullarımızdan istifadə edən insanların həyat şəraitlərini yüksəltməyə kömək edirik və bütün bunları bizə bəxş edənləri unutmuruq və unutmayacayıq. Yerli fermerləri işə cəlb edir və çox gözəl iş şəraiti ilə təmin edirik. Sabit iş və ödəniş qonşu icmaların həsəd aparmasına gətirib çıxarır.