Böyük Uzaqgörənlik

Böyük Düşünün. Bu, həqiqətən də haqqında düşünmədiyiniz, tez-tez eşitdiyiniz ifadələrdən biridir. Buna fokuslanmaq üçün bir dəqiqəmizi ayırsaq nə olar ki? Qarşımıza qoyduğumuz məqsədləri, gələcəyimizi həqiqətən FİKİRLƏŞMƏLİ və bunları həyata keçirmək üçün atacağımız addımları düşünməliyik. İndi, hər birimiz böyük uğurlara aparan ilk addımın bir hissəsi kimi qısa müddətdə reallaşacaq məqsədlərimiz və nailiyyətlərimiz haqqında düşünsək, nələrə nail ola bilərik?


Siz, Eagle səviyyəsinə qalxmağı, daha çox gəlir əldə etməyi, Forever işini bütün gün həyata keçirməyi, ailənizlə möhtəşəm səyahətə çıxmağı və ya Chairman’s Bonus çekini əldə etməyi qarşınıza məqsəd kimi qoya bilərsiniz. Fikrimcə, BÖYÜK DÜŞÜNMƏK biznesimizi ikiqat inkişaf etdirir və dünyadakı bütün insanlara daha yaxşı görünmələri və hiss etmələri üçün kömək olur.  

Dubayda bizə qoşulanlar "böyük düşün" şüarının onları haralara apardığının şahidi oldular. Sadəcə bir neçə onillər öncə Dubay balaca səhra şəhəri idi. Bir çoxları buranın olduğu kimi qalacağını güman edirdilər.  Lakin, Dubay əmiri, zati-aliləri Şeyx Məhəmməd bin Rəşid Əl Maktoum təslim olmadı. O, itirilən yeganə şeyin gələcəyə aydın uzaqgörənliyin olduğunu və Dubayın dünyada ən möhtəşəm şəhərlərdən biri olacağı inancını anladı.   



Onun sözlərinə görə, BƏƏ "çətinliklərlə üzləşən, maneələrə qalib gələn və mümkünsüzü əldə etmək üçün mübarizə aparan" bir ölkədir. 15 il əvvəl Dubay Bürc Xəlifəni tikməyi nəzərdə tutanda, siz onların "qəşəng bina" inşa etmək istədiklərini düşünürsünüz? Əlbəttə ki, xeyr! Onlar dünyanın indiyə qədər gördükləri Ən Böyük, Ən Qəşəng, Ən Valehedici binasını inşa etmək istəyirdilər! 

Onların uzaqgörənliyi elə yüksək idi ki, həmin anda hiss olunurdu. Onların uzaqgörənliyi zəif olsa da, şübhəsiz ki, onlar belə bir binanın inşa edə bilərdilər - lakin, bunun əvəzində onlar BÖYÜK DÜŞÜN şüarını həyata keçirdilər! Bu, bizim arzu etdiklərimiz kimi səslənə bilər? Eyni dözümlülüyü və uzaqgörənliyi tətbiq etməklə şəxsi həyatınızda və işinizdə yüksəlmək üçün hər gün səy göstərin. 

Məhz buradan "Satışlarınızı İkiqat Artırın" kompaniyası meydana gəldi. Biz məqsədimizə çatmaq, inkişaf etmək, arzulamaq və istəklərimizi həyata keçirmək üçün daha çox çalışsaq, nail ola biləcəklərimiz sərhədsizdir! Özünüzü dəyərləndirin. Özünüzə sadəcə "Yaxşı" iş qurmayın - layiq olduğunuz və nail ola biləcəyinizdən azla kifayətlənməyin. BÖYÜK DÜŞÜNÜN!


Daima Gülümsəyin,

Qreq Moan
Prezident, Forever Living Products