Parlaq (Sarı) Gələcək

Bir çox şirkətlərin təklif etdikləri çox sayda məhsul vardır və Forever onlardan fərqli deyildir, atdıqları hər addımda diqqəti özünə toplayan, uğurlarının əsasını təşkil edən bir və ya iki məhsul vardır. Forever üçün bu, Aloe Vera Gel® məhsuludur. 

İnsanlar daha əvvəl Aloenin faydalarını və qida maddələrini heç istifadə etməmişdirlər, sanki onlar sadəcə bitkidən birbaşa yarpağı qoparırdılar. Dünyada milyonlarla insan Aloenin faydalarını görüblər, nəticə etibarı ilə təxminən 40 ildir biz böyük uğuru təcübədən keçirmişik! Lakin, bütün uğur qazanmış şirkətlərdə olduğu kimi bilirik ki, biz Aloe Vera Gel® və digər məhsullarımız ilə kifayətlənə bilməzdik - inkişaf etmək, yenilik gətirmək və bazarla ayaqlaşmaq üçün davam etməliydik.

İstehlakçı tələblərinə və dəyişilən texnologiyalara görə biz, Aloe Vera və Arı məhsullarının həmişə dünyada ən məşhur təminatçıları olduğumuzu təmin etmək üçün yeniliklər etməliydik! 

Yeni Tetra Pak ilə hazırlanması mümkün olan qablaşdırmanın bu yeniliyi haqqında ilk dəfə oxuyanda həvəsləndim, lakin narahat idim. Mən, bu texnologiyanın sınaqdan keçirilmədiyinə görə narahat deyildim, lakin, bir çox müştərilərimiz və FBO-larımız kimi mən də illərdir istifadə etdiyim sarı qablaşdırmaya vərdiş etmişdim. Mən, bunun Aloe Vera Gelin gücünü, müştərilərin təcrübələrini artırdığına və Aloenin faydalarını dünyadakı bütün insanlarla bölüşməkdə bizə yardımçı olmasına əmin olmasaydım, bu dəyişikliyi həyata keçirməzdim.  

Tetra Pak texnologiyası, onun faydaları və yeni sənət əsəri haqqında daha çox məlumat əldə edəndə mən, bunun Forever üçün güclü inkişaf və gələcəyə böyük addım olduğuna inandım! Bu qablaşdırma Aloenin vacib qida dəyərlərini qoruyub saxlayır və daha təzə dad ilə təmin edir - narahat olmağa əsas var? Hər şeydən öncə, içərisində nə olduğunu bilirik! Əlavə olaraq, qablaşdırma 100% yenidən emal olunmuş materiallardan hazırlanmışdır və təbiətə qarşı öhdəliklərimizi dəstəkləyən sürətləndirilmiş istehsal prosesinə əsaslanır. Qablaşdırma soyuducuda saxlamaq üçün müvafiq ölçüdədir!

Hər hansı bir işi düzgün yerinə yetirmək vaxt tələb edir və dəyişmək asan deyildir.  Əmin olun ki, siz özünü innovasiyaya həsr edən və "qətiyyən kifayət deyildir" şüarı ilə fəaliyyət göstərən bir şirkətin üzvüsünüz. Siz şirkətimizin gələcəyi üçün vizyon və dünyada yüksək nüfuza sahib bir komandanın üzvüsünüz. Siz başqalarına kömək etmək üçün dürüst şəkildə xidmət göstərən qlobal ailənin bir üzvüsünüz. 

Yeni Aloe Vera Gel-i təcrübədən keçirmənizi səbirsizliklə gözləyirəm və biznesinizdəki həyəcanverici, uğura aparan gücü görmək istəyirəm. Gələcək buradadır – və parlaq görünür!


,
Hörmətlə,
Reks Moan
CEO, Forever Living Products

Oxşar Məhsullar