Qarşınıza Məqsəd Qoyun, Ona Fokuslanın, Həyata Keçirin

Möhtəşəm Karib dənizi donanmasının ən böyük gəmiləri bu il bizim Eagle Manager-lər üçün doğma məkana çevrilmişdir. Minlərlə FBO-ların yerləşdiyi, içərisində buz pateni, teatr, onlarla pərakəndə mağazalar, bir neçə restoran, çox sayda üzmə hovuzları və minlərlə qonaq otaqları olan inanılmaz böyüklükdə bir gəmi təsəvvür edə bilirsinizmi? Bizim də olduğumuz, "Dənizlərin Azadlığı" kimi adlandırılan gəmi ümumilikdə 338 metr uzunluğa və 18 ədəd göyərtəyə malikdir!

Əlbəttə ki, kruiz gəmisinin çox sayda insanı özündə yerləşdirməsi inanılmazdır, lakin bu mexanizmin gücü və ekipaj tərəfindən idarə olunması məni həqiqətən heyran etmişdir. Son günümüzdə mən, Kapitanın bütün işlərini həyata keçirdiyi Gəminin Körpüsündə gəzmək imkanı əldə etdim. Bir neçə sadə cihazlarla onun belə böyük gəmini asanlıqla yönəldə bilməsi inanılmaz idi. Bu böyük gəminin sadəcə kiçik bir qurğu vasitəsilə dəqiqliklə idarə olunmasını izləməklə biznesimizdə kiçik addımlar atmaqla böyük uğurlar əldə edə biləcəyimizi xatırladım.



Bu ilki Eagle Manager’s Retreat təliminin diqqət mərkəzində üç məsələ dayanmışdır. – Qarşınıza Məqsəd Qoyun, Ona Fokuslanın, Həyata Keçirin: Qarşınıza qoyduğunuz məqsədi müəyyənləşdirin. Forever Biznesindən nə əldə etmək istəyirsiniz? Bunu cədvəl şəklində təsvir edin. Fokuslanın: Bunu necə reallaşdıra biləcəksiniz? Özünüz nəzarət edin. Həyata Keçirin: Qarşınıza qoyduğunuz məqsədə nail olmaq üçün öhdəliyi yerinə yetirin və idarəetməni əldə verməyin. Biznesiniz bir çox hərəkətli hissələrdən ibarət mexanizm kimi görünə bilər, lakin yuxarıda qeyd etdiyim böyük gəmidə olduğu kimi, yalnız bir neçə kiçik hissələri mənimsəməklə çoxlu güc və təkan əldə edə bilərsiniz! Və, əgər siz haqq qazanma müddətini sahili tərk etmədən gəmiyə minməyin zəruri olduğunu düşünürmuş kimi həyata keçirsəniz, bunu hər zaman reallaşdıracağınızdan əmin olacaqsınız. 

İndi, Global Rally və Eagle Manager’s Retreat 2018 tədbirlərinin finiş xəttinə çatmaq üçün yerlərinizi müəyyən edin. İlin son rübündə olmağımıza baxmayaraq, inanıram ki, siz "Qarşınıza Məqsəd Qoyun, Ona Fokuslanın, Həyata Keçirin" nümunəsini işinizdə tətbiq etsəniz, Birləşmiş Ştatlarda fəaliyyətimizin 40 illiyini qeyd etmək üçün bizə qoşulmağınızda heç bir maneə olmayacaqdır.


Daima Gülümsəyin,

Qreq Moan
Prezident, Forever Living Products