Yeni Fürsət

Bir neçə ay bundan öncə biz yenilik haqqında söhbət etdik -  inkişaf üçün lazım olan vasitə və yerində qalmaq üçün dəyişikliyi qəbul etmək və etdiyimiz bütün işlərdə yüksəkdə olmaq. Lakin, dəyişikliyi qəbul etmək çətin ola bilər. Bildiyimiz və başa düşdüyümüz həmişə risk etməkdən və bilmədiyimizlə üzləşməkdən daha asan görünür.

Dubayda keçirilən Global Rally-də iştirak edənlər bu il tədbirə qoşula bilədiyimdən xəbərdardırlar. Mənim üçün bu çətin və asan qəbul edilməyən bir dəyişiklik idi. Bunun mənim iştirakım olmadan keçirilən ilk Forever Rally olduğunu bilirdinizmi? Lakin, sizi əmin edirəm ki, bu, əsassız deyildir. Mənə yaxın iki insanın sağlamlığında problem yaranmışdır və Rut və mən onlar sağalan qədər yanlarında qalacağımıza qərar vermişdik.

Onlardan biri mənim əziz dostumdur və əvvəldən bəri Forever ailəsinin bir hissəsi idi. Siz hər biriniz Rjay Lloydu tanıyır və sevirsiniz. Rjay və mən birlikdə uzun yol qət etmişik. Həqiqətən, biz birlikdə məktəbə getmişik və hətta eyni qızla görüşmüşük! Mart ayında Rjay iflic oldu. Onun sağaldığı xəbərini sizinlə bölüşdüyüm üçün çox xöşbəxtəm və növbəti tədbirimizdə sizinlə yenidən birlikdə oynayacağı vaxt uzaq deyildir!

Qeyd etdiyim digər dostum balaca bacımdır. Sue hal-hazırda ciddi xəstəlikdən əziyyət çəkir. Biz ən xeyirlisinə ümid bəsləyir və dua edirik, lakin biz onların yanında qalmaq istədik.   

Biz dəyişikliklər və çətin qərarlarla üzləşdiyimizə baxmayaraq, bir imkan yaranır. Fikrimcə, Dubayda keçirilən Global Rally-də iştirak edə bilməməyim vaxtımı mənə ehtiyac duyanlarla keçirməyə və Qreqin rəhbərliyinə və uğurlarınızı qeyd etmə bacarığına güvənməyimə imkan yaratdı – bunun öhdəsindən yüksək səviyyədə gələcəyini bilirdim! 

Qreq böyük oğlumdur və şirkətimiz üçün inanılmaz rəhbərdir. Onun əldə etdiyi nailiyyətlərə görə həyəcan hissi keçirirəm. Onun "satışlarınızı ikiqat artırın" kampaniyası böyük ideyadır və sizi bu kampaniyaya qoşulmağa və qruplarınızda təşviq etməyə çağırıram. Hər birimiz daha çoxunu etsək nə fərq edər!  

İndi mənim uğurlarınızı sizinlə uzaqdan qeyd etmədiyimi düşünməyinizi istəmirəm!

Texnologiya sayəsində Global Rally-ni hər gün canlı yayında xüsusi Baş Ofis komandası ilə birlikdə iclas otağında izləyə bilirdik – hətta zaman fərqi ilə! Sizlərin bəzilərini uzun zamandır tanıdığıma görə, marketinq planında yeni səviyyəyə nail olduğunuz və ya daha böyük Chairman’s Bonus çeki qazandığınızı görmək mənim üçün mükafatlandırıcı bir təcrübə oldu və bunları ofisdə komandamızla bölüşdüyümə görə minnətdaram. 

Dəyişiklik çətin ola bilər - lakin, möhtəşəmliklər bununla baş verir və Foreverin gələcəyi üçün düzgün mövqedəyik. Tezliklə gələcək bəzi yeniliklərə görə həyəcanlıyam – xüsusilə bizim yeni Aloe Vera Gelin tetra qablaşdırılması. Bu yenilik üzərində komandamız uzun müddətdir çalışır və bu, biznesinizi inkişaf etdirməyə kömək olacaqdır.  

Cəsarətli olun. Dəyişiklikdən qorxmayın və hər bir maneədə fürsət axtarın.




Hörmətlə,



Reks Moan