RİOYA GEDƏN YOL

Global F.I.T. Atleti Barbara Filiu bu il Rioda keçiriləcək Olimpiya oyunlarında Yunanıstanı təmsil edəcəkdir. Bu təcrübənin onun üçün necə həyati məna kəsb etdiyini özü bizə söyləyir.

Olimpya Oyunlarına haqq qazanmağıma nail olmaqla mən, ailəm və sevdiklərimdən uzaq qalaraq Rusiyada yerləşən Olimpiya Təlim Mərkəzinə getməli oldum. 2015-ci ilin Dünya Çempionatına hazılıq müddətində, 2016-cı ilin Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün keçirilən tədbirlə əlaqədar mən, 2 il Rusiyada yaşadım və təlim keçdim, yalnız, Milad bayramında və Yunanıstan Milli Çempionatı zamanı vətənimə qayıtdım. Rusiya illərdir bədii gimnastika üzrə dünyada aparıcı yerdə durur, buna görə də mən oraya getməyi qərarlaşdırdım. Novoqorskda yerləşən Olimpiya Təlim Mərkəzi nəinki dünyada ən yaxşı bədii gimnastların, hətta ən yaxşı və ən təcrübəli məşqçilərin, xoreoqrafların və bədii gimnastlar üçün xüsusilə hazırlanmış dünya səviyyəli təlim təsisatının vətənidir. Rusiyaya getmək mənə ən yaxşılarından öyrənmək, ən yaxşılarından təlim almaq və dünyada ən yaxşı təlim təsisatında olma imkanı yaratmışdır. Bədii gimnastika çətin idman növüdür və bu idman növü gündəlik saatlarla çox gərgin məşq tələb edir. Ən yaxşı nəticəyə nail olmaq üçün mən hər gün 8 saatdan çox olmaqla vaxtımı məşqə həsr edirdim. Bu hazırlığa nəinki bədii gimnastika proqramları, hətta balet məşqləri, dözümlülük və formanı saxlamaq, ürək fəaliyyəti üçün məşqlər və masaj daxildir. Olimpiya Təlim Mərkəzində fiziki hazırlığa əlavə olaraq mən həm fiziki həm də psixoloji cəhətdən hazır olmaq məqsədilə il ərzində 15-20 yarışmada iştirak etdim. Bütün atletlər üçün fikrən hazır olmaq fiziki cəhətdən hazır olmaq kimi vacibdir, buna görə də mən böyük turnirlərə qatılmaq üçün bir çox daha kiçik yarışlarda iştirak etdim. Bu il Olimpiya Oyunları daha çətin olacaqdır, lakin buna baxmayaraq mən bunu səbirsizliklə gözləyirəm, buna görə də əvvəlkindən daha yaxşı olmağa çalışıram. Ən yaxşı nəticəni əldə etmək üçün mənim çox yaxşı fiziki formada və daha sağlam vəziyyətdə olmağım əhəmiyyətlidir. Bədii gimnastika müfəssəl xareoqrafiya, sinxron hərəkət və musiqiyə uyğunluğu tələb edən artistik idman növüdür. Buna görə də mən hər dörd proqramın hər bir hərəkət və elementini inkişaf etdirməyə və mükəmməlləşdirməyə çalışıram. Bu, gərgin məşqlər üçün çox saatlar, daha yaxşı fiziki vəziyyət və çəkimi stabil saxlamaq üçün pəhrizimə diqqət göstərməyi tələb edir. Bu baxımdan Aloe Vera məhsulları çox əhəmiyyətlidir və məşq nəticəsində yorğun düşmüş orqanizmimə lazım olan dəstəyi göstərir, gücləndirir və bərpa edir. Rioda keçiriləcək Olimpiya Oyunlarında məqsədimə çatmaq üçün mən Rusiyada, Novoqorskda Olimpiya Təlim Mərkəzində məşqimi davam etdirəcəm. Bu mənə ən yaxşı şərtlər altında məşq etməyə imkan yaradır. Mən həmçinin hazırlaşmalı olduğum bir sıra yarışlarda iştirak etməliyəm. Grand Prix, Dünya Kuboku, Yunan Milli Çempionatı və Avropa Çempionatı daxil olmaqla xaricə bir neçə səyahət planlaşdırırlır. Mən Rioya gedən yolda vacib hadisə hesab edilən Dünya Kubokunda mümkün olan ən yaxşı nəticəni əldə etmək istəyirəm, lakin 2016-cı ildə mənim üçün ən vacib turnir İzrail, Holon şəhərində keçiriləcək Avropa Çempionatıdır. Məqsədim bu yarışmada ilk altılığa daxil olmaqdır. Nəhayət, Avqust ayında Braziliyaya gedəcəm və 2016-cı ilin Olimpiya Oyunlarında 12 finalistdən biri olmaq məqsədimdir! Barbara Filiu, Global F.İ.T. Atleti