Yeni sevimli dəriyə qulluq vasitəniz olan infinite by Forever™ məhsulunu təqdim edirik

Siz qum saatını dayandıra bilməzsiniz, lakin Foreverin ən yeni və qabaqcıl qocalmağa qarşı dəriyə qulluq vasitəsi ilə bunun qarşısına ala bilərsiniz. infinite by Forever™. Bu sistem dərinizin görünüşünü yaxşılaşdırmağa, incə xətlərin və qırışların aradan qaldırılmasına və qocalma prosesini gecikdirməyə kömək olacaqdır.  

Dərinizi təzə və şirəli gavalı olaraq təsəvvür edin. Nəmləndirilmiş, dartılmış və hamar olan bu meyvə cavan, sağlam dərinin göstəricisidir. Ekoloji faktorlar və qocalma prosesi ilə əlaqədar dərimiz nəm effektini tez bir zamanda itirir və bu da dərinin solğun görünməsinə və qırışların və incə xətlərin meydana gəlməsinə şərait yaradır. İnfinite məhsulu dərimizin nəm balansını yenidən bərpa etməyə, sağlam kollagen səviyyəsini stimullaşdırmağa və incə xətlər və qırışların görüntüsünü azaltmağa kömək edir - dərinizə yenicə toplanmış ərik görüntüsü bəxş edir.

Aloenin təsirlərini artırmaq üçün istehsal edimiş, təbiətin ən gözəl mənbələrindən əldə olunmuş güclü inqredientləri ilə infinite by Forever™ qocalmanın qarşısını alan dəriyə qulluq vasitəsinin təməlini təşkil edir.  

infinite by Forever™ daxildən və xaricdən gözəl görünüşü dəstəkləyən və sizi daha gənc hiss etdirəcək parlaq, nəmli bir dəriyə sahib olmağınız üçün dörd güclü formuldan hazırlanmışdır.

hydrating cleanser: Nəmləndirici təmizləyici dərinin nəmləndirilməsini artıran və dəridəki çirki və yağı qurutmadan təmizləyən alma ekstraktı, alma amin turşusu və kakao yağı turşusu kimi güclü, təbii şəkildə əldə olunmuş inqredientlərlə zəngindir. Bu yumşaq, südlü təmizləyici dərinizin qocalmağa qarşı tətbiq etdiyiniz prosesin bundan sonrakı təməli üçün dərini nəmli, yumşaq və təmiz saxlayacaqdır.

firming serum: Sərt dəri görüntüsünü artırmaq və incə xətlər və qırışları azaltmaq üçün üz dərisinin təbii prosesini təqlid edən kliniki cəhətdən sınaqdan keçirilmiş inqredient, trifluoracetyl Tripepetide-2, 3-amin turşusu peptiddən ibarətdir. Kliniki sınaqda bu inqredient istifadəçilərdə elastikliyi əhəmiyyətli dərəcədə artırmışdır. Güclü təbii inqredientlər və patentləşdirilmiş Aloe ilə qarışdırılan dartıcı zərdab daha cavan görünməniz və hiss etməniz üçün dəriyə hamarlıq, sərtlik və qalınlıq gətirməklə dərini nəmləndirir.  

firming complex: Gözəllik daxilin təzahürüdür - sağlam qidalanma ilə başlayır. Foreverin iki kliniki tədqiqatda uğurlu nəticə əldə etmiş ilk eksklüziv gözəllik vasitəsi qocalma prosesini nəzarət altına almaqda sizə kömək edir. Dartıcı kompleks dərini nəmləndirmək, dərin üz qırışlarının görüntüsünü azaltmaq və dərinin elastikliyini artırmaq üçün Fransız yemiş konsentratı, fitoseramidlər və dəniz kollageni kimi qarışıqları özündə birləşdirmişdir. Əlavə olaraq, bu güclü məhsul birdən çox daxili orqanları, sağlamlığınızı və üz dərisinin görünüşünü dəstəkləyən C vitamini ilə zəngindir. 

restoring crème: 15-dən artıq dəri nəmləndirici inqredientlərdən ibarət olan bərpaedici krem dərinizin nəmli və hamar hissini qoruyub saxlamaq üçün tez bir zamanda absorbiya edir. Bərpaedici krem ən son dəriyə qulluq elmini Aloe, güclü antioksidanr asai və nar və yanmış dərini bərpa edən və gəncləşdirən qocalmağa qarşı efir yağlarının qarışığı ilə birləşdirir.

Aloeni tanıdığınızı düşünə bilərsiniz - lakin, onun bu qədər müsbət nəticələr verdiyini heç görməmisiniz! Infinite by Forever™ dərini nəmləndirmək, incə xətlərin və qırışların görünüşünü azaltmaq və daha yaxşı görünmək və daha yaxşı hiss etməyə kömək etmək üçün sağlam kollagen səviyyələri dəstəkləməklə hazırlanmış inqilabi formulalarla daxildən xaricə və xaricdən daxilə gedən qocalma prosesini ləngitməyi hədəfləyir.