Yaratmaq Vaxtıdır

Bu məktubu yazanda mən, Forever biznesini müzakirə etmək üçün İcraçı komandanın bizim ən üst liderlərimizlə görüşəcəkləri Andorrada keçirilən Qlobal Liderlik Komandasının Görüşündə iştirak edəcəyəm. Bu bizim üçün vacibdir, çünki bununla biz problemləri, narahatlıqları, gözləntiləri və bu sahədə baş verən faktları müzakirə etmək üçün imkan əldə etmiş oluruq.

Gələcək haqqında aparılan söhbətlər məni həmişə həyəcanlandırır. Onların həmişə qazanılan uğurların əldə edilməsində rol oynamadıqlarına baxmayaraq, onlar davamlı böyüyən şirkətimizin vacib təməl daşlarıdır. Liderlərimizlə bəzi çətin danışıqların olmasına baxmayaraq, bu danışıqların məni həyəcanlandırdığının əsas səbəbi sonda həll yollarının, pozitiv düşüncənin və inkişafın əldə edilməsi ilə əlaqədardır.

İş sahiblərində olduğu kimi, bəzən biz özümüzü çıxılmaz vəziyyətə hiss edirik. Biz düzgün olmayan və ya həll olunması zəruri olan bütün problemlər haqqında düşünürük. Lakin, bu cür düşüncə tərzi bizi hədəfə doğru aparmır. O, yalnız bizi daha neqativ və şübhə dolu bir burulğana aparır.

Əvəzində, Qlobal Liderlik Komandası ilə mənə həqiqətən ruh yüksəkliyi yaşadan anlar FBO-larımız üçün həyəcanverici və yeni bir təcrübədir. Gərgin danışıqlar və başgicəlləndirici fikir mübadilələlərindən yaranan ideyalar bizə biznesimizi yüksəltməyə və fəaliyyətimizin 40-cı ilində böyüməyə davam etmək üçün yaradıcı üsullar haqqında düşünməyə yardımçı olur. Bu danışıqlar bizi yeni məkanlara və kəşf edilməmiş ərazilərə doğru yönləndirir. 

Keçmişdə FBO-larla bir çox söhbətlərim olmuşdur və bir məsələ haqqında düşünmək üçün yalnız iki istiqamətin olduğunu düşünürəm - mənfi istiqamət və ya müsbət istiqamət. Mənfi düşüncə həmişə şikayətlə sonlanır. Danışıqların sonunda heç bir nəticə əldə olunmur. Lakin, FBO mənə müəyyən həll yolu ilə yaxınlaşarsa, bu zaman beynimdə sonluğun uğurla nəticələnəcəyi ideyalar çoxalır .

Müsbət istiqamət bizi daha çox fürsətə aparan missiyadır. İnkişaf təməldən yaranır. QLK ilə görüşümüz zamanı mən, müzakirələrimizdə ən gözəl dünyagörüşümü və müsbət düşüncə tərzimi bölüşəcəm. Daha effektiv nə edə bilərik? Bu biznesi daha yaxşı necə edə bilərik? Burada söhbət yalnış məsələdən deyil, sadəcə gələcəyimizi inkişaf etdirmənin yollarından gedir.

Özüm bunu etdiyimə görə, hər birinizə bu düşüncə tərzini təcrübədə tətbiq etməyinizi məsləhət görürəm. Bu düşüncə tərzini inkişaf etdirin və bununla biznesinizin böyüdüyünü izləyin. 

Daima Gülümsəyin,
Qreq Moan