HƏZM SİSTEMİNİN SAĞLAMLIĞINI QORUMAĞA KÖMƏK EDƏN MƏSLƏHƏTLƏR

Həzm sistemi ilə bağlı sualınız var?

Biz hər il sizə gündəlik qida rasionunuza daxil etdiyiniz və çıxardığınız saysız qida əlavələri təqdim edirik.

Süd ilə və ya südsüz? Qlüten ilə və ya qlütensiz? Yenilikləri izləmək artıq sizə daha çətin gəir!

Hansı qidanı qəbul etməklə bağlı daimi yaranan mübahisələrə baxmayaraq, fakt olduğu kimi qalır…qida məhsulları üzrə tədqiqatda əldə etdiyimiz uğurdan asılı olmayaraq, həzm sistemimizdə dəyişiklik baş vermir. Sağlam qidalanma ilə bağlı yeniliklər axtarışına baxmayaraq, həzm sistemimizin sağlamlığını qoruyub saxlamağı unutmamalıyıq. Sizə orqanizminizin sağlamlığını qorumağa kömək edən bir neçə yadda saxlayacağınız gülməli faktları təqdim edirik!

‘Yaxşı’ bakteriya sizə kömək edə bilər: Qəbul etdiyimiz bir çox qidaların tərkibi canlı orqanizmlərdən ibarətdir—həmçinin, probiotiklər kimi tanınır. Bir çox sağlam mikroorqanizmləri bədənimizdə balanslaşdıraraq təbii, daha sağlam həzm sisteminə sahib ola bilərik. Probiotiklər qatıq, süd, yumşaq pendirlər və hətta şokolad kimi bir sıra qidalarda mövcuddur.

Düzgün qidalanma və arıqlama eyni zamanda baş verir. Yavaş və davamlı addım qələbəyə aparan yoldur! Detoks və ya orqanizmin təmizlənməsi həzm sisteminin sağlamlığının yaxşılaşdırılması və uzunmüddətli arıqlama prosesinə kömək edir. Maksimum fəaliyyəti üçün orqanizmimizin arabir yenilənməyə ehtiyacı vardır.

Qida həzm sisteminin sağlam fəaliyyətinə kömək edir: Həzm sistemimiz qidanı enerjiyə çevirir və optimal funksiyanı qoruyub saxlamaq üçün vitamin və mineralları orqanizmimizə sovurur. Həzm sisteminizi balanslaşdırılmış pəhriz ilə dəstəkləməklə qidanın sorulma və istifadə keyfiyyətini artırmış olursunuz. Yaşıl tərəvəzlər bağırsaqdakı hüceyrələrin yaxşı fəaliyyətini qoruyub saxlayır və sarımsaq və zəncəfil kimi qidalar infeksiya, mənfi bakteriya və viruslara qarşı mübarizə aparmağa kömək edir.

Fiber nə üçün belə vacibdir? Qidanı qəbul və həzm etdiyinizdə fiber tullantıların həzm yolu ilə xaric edilməsinə kömək edir. Orqanizminizdə tullantıların miqdarının azalması zərərli toksinlərin bədəninizdən təmizlənməsinə gətirib çıxarır, bu da həzm sistemi xəstəliklərinin inkişaf riskini azaldır.

İsti içkilər həzm sisteminin fəaliyyətinə kömək edir: Xidmətçilərin restoranda yeməkdən sonra sizə isti içki təklif etmələrinin səbəbi var. Yemək yeməzdən əvvəl və ya sonra isti su və çayın qəbulu həzm sisteminin gücünü artırmağın ən gözəl yoludur. Çobanyastığı, nanəcövhər və darçın kimi bitkilərdən həzm sisteminin sağlamlığının qorunmasında istifadə olunur və mükəmməl bitki çayları hazırlanır

Oxşar Məhsullar